Almaz söz-söhbətdən qaçır
Müğənni Almaz Saraylı övladının toyuna heç bir ifaçını dəvət etməyib.
Sənətçi bu barədə televerilişin birində deyib.
O bildirib ki, söz-söhbətdən qaçmaq üçün bu addımı atıb: "Müğənnilər məni ad günü və toya dəvət edirlər. Gedəndə quzu kimi otururam. Amma görürəm ki, o biri müğənnilər küsür: o deyir niyə mən oxumadım, bu deyir mənə söz vermədin. Onda gərək 100 gün toy edim ki, hamısının səhnəyə çıxmağa vaxt çatsın. Bir-iki ifaçı çağırdım".