Aysel Ərə getmək istəməyib
Müğənni Aysel Əlizadə şəxsi həyatı ilə bağlı etiraf edib.
Sənətçi bu barədə televerilişin birində deyib.
O bildirib ki, illər əvvəl ailə qurmağa hazırlaşırmış, amma yoldan dönüb: "Ərə getmək istəmirdim. Elçilikdə qısa ətək geyindim ki, bəyənməsinlər. Amma qayınanam çox müasir imiş. Dedi, gözəlsən. Düşündüm ki, alınmadı. Həmin məsələ nişana qədər getmişdi. Amma nişandan 1 ay əvvəl dedim ki, istəmirəm. Uşaq idim, ani qərar vermişdim. Sonra düşündüm ki, bunun arxasında dayanmaq, davam etdirmək lazımdır. Ailə həyatını davam etdirməyə sevgi, həyəcan lazımdır. Bunların heç biri yox idi".