Müğənninin üzüyü 450 min dollardır
"Liily" qrupunun üzvü Maks Morando ilə nişanlanan amerikalı müğənni Mayli Sayrusun üzüyü 450 min dollar dəyərində qiymətləndirilir.
Bu barədə "People" nəşri məlumat yayıb.
Bir neçə gün əvvəl “Avatar: Alov və Kül” filminin premyerasında Mayli Sayrusun üzüyündəki iri brilyant qaş diqqət çəkmişdi. "Blue Nile" zərgərlik şirkətinin vitse-prezidenti Daniela Tarantino bu zinət əşyasını 450 min dollar dəyərində qiymətləndirib. Qaşın çəkisi, təxminən, 4-5 karatdır.
Xatırladaq ki, Mayli Sayrus bundan əvvəl aktyor Liam Hemsvortla evli olub. Onlar 2018-ci ildə ailə qurmuş və 2020-ci ilin fevralında isə rəsmi şəkildə boşanmışdılar.