Aktrisa gözəlliyini xatırladıb
"Sihirli annem" serialındakı obrazı ilə tanınan aktrisa Nevra Serezli son açıqlaması ilə diqqət çəkib.
Aktrisa əvvəlki gəncliyi və gözəlliyini xatırladıb.
O bildirib ki, gənc olsaydı, bütün seriallardan yalnız özü baş rol aynayardı: "Mənə gəncliyinizdə gözəl idiniz deyirsiniz. Amma bunun bir faydasını görmədim ki. Bir üstünlüyü var idi ki, teatrda gözəl qız obrazı var idisə, avtomatik olaraq mənə verirdilər. İndi o yaşda, gözəllikdə olsaydım, bütün serialların baş rolunu mən ifa edərdim".