Ajda təmirə milyon xərcləyib
Türkiyəli müğənni Ajda Pekkanın Bodrum-Çamlıköydəki lüks villasının 4 illik təmiri tamamlanıb.
79 yaşlı sənətçiyə 4 mərtəbəli, 6 otaqlı villanın tam yenidən qurulması və dekorasiyası 30 milyon lirəyə (1,2 milyon manat) başa gəlib. Təmir zamanı villanın bütün mərtəbələri, otaqları, mətbəx və hamamları, döşəməsi və hovuzu sökülərək Pekkanın şəxsi zövqünə uyğun yenidən dizayn edilib.
Bu müddətdə evdə 10 nəfərlik işçi heyəti çalışıb.
Xatırladaq ki, sözgedən villanı Pekkan pulla almayıb. Mülk ifaçıya 2013-cü ildə rol aldığı reklam müqabilindətəqdim edilib.