Mətanət İspaniyanı istəyir

Mətanət İspaniyanı istəyir
Müğənni Mətanət Əsədova indiyə qədər rayonlarımızda və xaricdə istirahət etməməsindən gileylənib.

O, bu barədə televerilişin birində danışıb.


İfaçı bildirib ki, həm xaricə, həm də bölgələrə yalnız toy məclisləri üçün gedib: "Arzum İspaniya və Hindistanda istirahət etməkdir. Amma indiyə kimi, Biləcəridən o tərəfə keçməmişəm. Bölgələrdə və xaricdə el şənliklərində olmuşam. Lakin istirahət məqsədilə heç Azərbaycanın rayonlarında da bir gün belə dincəlməmişəm. O bəxt hələ mənə qismət olmayıb”.