"Anamın üzünü görməmişəm..."
Müğənni Şəbnəm Tovuzlu ən böyük arzusunu açıqlayıb.
Televerilişin birinə gələn sənətçi uşaq vaxtı itirdiyi anasını xatırlayıb.
O deyib ki, yaş yarımlıqda uşaq idim: "Anamın xalasını görüb, ona ana demişəm. Tərxanım xanım sonsuz olub, atam Ələddinlə məni böyüdüblər. 15 yaşım olanda bilmişəm ki, doğma atam və anam deyillər. Allah atama ömür versin, gözəl insandır. Ən böyük arzum əsl anamın yuxuma gəlməyidir. Onun üzünü heç görməmişəm. Ömrümün sonunda belə olsa onu bir dəfə görmək istəyirəm. Nənələrim, xalalarım yuxuma gəlir, amma anam yox. Onu heç olmasa yuxuda görüm. Bəlkə simasını xatırlamıram, ona görə gəlmir".