Almaz sənətə çox pul xərcləməyib

Almaz sənətə çox pul xərcləməyib
"O vaxtlar müğənnilər boğazlarından kəsirdilər və sənətə xərcləyirdilər.

Ona-buna borclu olurdular. Mən etmədim. Balalarımın boğazından kəsib sənətimə verməmişəm".


Bu sözləri Əməkdar artist Almaz Əlsəgərli teleproqramın birində deyib. Müğənni sənətinə çox pul xərcləmədiyini bildirib. 


Nəvələrindən danışan A.Ələsgərli bildirib: "Balacadırlar, televizorda məni göstərəndə gedib qucaqlayırlar ki, nənə. Qızım deyir, sonra gedib televizorun arxasına baxırlar".