Paytaxtda mədəni tədbirlərin həftəlik AFİŞASI

Paytaxtda mədəni tədbirlərin həftəlik AFİŞASI
Bakı sakinlərinin və paytaxtımızın qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün 2026-cı ilin ilk həftəsində mədəni tədbirlər baş tutacaq.

Yanvarın 5-dən 12-dək olan siyahıda paytaxtda keçiriləcək bir çox tamaşalar, konsertlər yer alıb.


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində bu həftə üç tamaşa oynanılacaq.


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 9-da, saat 19:00-da Mikayıl Müşfiqin nakam ömrü, yarımçıq qalmış yaradıcılığı və məhv edilmiş məhəbbəti haqqında olan "Ah, bu uzun sevda yolu" tamaşası oynanılacaq.


Tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur.


Biletlərin qiyməti: 10-20 manat.


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 10-da saat 19:00-da Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı "Ölülər" tamaşası səhnələşdiriləcək.


Tragikomediya janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur.


Biletlərin qiyməti: 10-20 manat.


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 11-də saat 19:00-da Hüseyn Cavidin "İblis" faciəsinin motivləri əsasında "İblis və..." fəlsəfi-dekonstruktiv metadramı oynanılacaq.


Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.


Biletlərin qiyməti: 10-25 manat.


Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində bu həftə dörd tamaşa təqdim olunacaq.


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 10-da, saat 12:00-da Nobel mükafatçısı Redyard Kiplinqin eyniadlı əsəri əsasında hazırlanan "Mauqli" tamaşası nümayiş olunacaq.


Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir.


Biletlərin qiyməti: 8-12 manat.


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 10-da saat 19:00-da M.F.Axundzadənin "Hekayəti-Xırs quldurbasan" birhissəli komediyası oynanılacaq.


Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.


Biletlərin qiyməti: 10-15 manat.


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 11-də saat 12:00-da Conatan Sviftin "Qulliver cırtdanlar ölkəsində" tamaşası göstəriləcək.


Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir.


Biletlərin qiyməti: 8-12 manat.


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 11-də saat 19:00-da Əbdürrəhim bəy Haqverdiyevin "Xortdanın Cəhənnəm məktubları" tamaşası oynanılacaq.


Tamaşanın quruluşçu rejissoru Rusiyanın və Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi Boris Manciyevdir.


Biletlərin qiyməti: 10-15 manat.


Azərbaycan Dövlət Yuğ Teatrı (Kukla Teatrının binasında) yeni ilin ilk həftəsini iki tamaşa ilə açacaq.


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 10-da saat 19:00-da dramaturq Matey Vişnekin əsəri əsasında hazırlanan "P.A.N.D.A." tamaşası oynanılacaq.


Tamaşanın quruluşçu rejissoru isə Mikayıl Mikayılovdur.


Biletlərin qiyməti: 5-15 manat.


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 11-də, saat 19:00-da İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan "Mənəm, mən..." mistik-psixoloji dramı oynanılacaq.


Quruluşçu rejissor Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.


Biletlərin qiyməti: 5-15 manat.


Akademik Rus Dram Teatrı bu həftə tamaşaçılarına beş tamaşa təqdim edəcək.


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 8-də, saat 19:00-da A.S.Puşkinin "Daş qonaq" və N.S.Qumilyovun "Misirdə Don Juan" əsərləri əsasında "Don Juan" tamaşası oynanılacaq.


Tamaşanın quruluşçu rejissoru Mikayıl Merdinlidir.


Biletlərin qiyməti: 15 manat.


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 9-da, saat 19:00-da A.P.Çexovun pyesi əsasında "Albalı bağı" tamaşası oynanılacaq.


Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir.


Biletlərin qiyməti: 10-15 manat.


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 10-da, saat 12:00-da "Çar Saltan, knyaz Qvidon və şahzadə Qu quşu haqqında nağıl" tamaşası oynanılacaq.


Tamaşanın quruluşçu rejissoru Xalq artisti İranə Tağızadə.


Biletlərin qiyməti: 5 manat.


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 10-da, saat 19:00-da Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri əsasında "Yuxularımdan çəkil" tamaşası oynanılacaq.


Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir.


Biletlərin qiyməti: 10-15 manat.


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 11-də, saat 19:00-da "Kişi, Qadın, Pəncərə... və Məşuq" tamaşası oynanılacaq.


Tamaşanın quruluşçu rejissoru Xalq artisti İranə Tağızadədir.


Biletlərin qiyməti: 10-15 manat.


Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində:


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 9-da, saat 12:00 və 14:00-da kiçikhəcmli ibrətamiz məişət nağıllarımızdan olan "Yeddi nar çubuğu" tamaşası oynanılacaq.


Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimovdur.


Biletlərin qiyməti: 5 manat.


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 9-da, saat 16:00-da rus xalq nağılı əsasında səhnələşdirilən "Qoğal" tamaşası oynanılacaq.


Tamaşanın quruluşçu rejissoru Rusiyadan dəvət edilən məşhur rejissor Eduard Qaydardır.


Biletlərin qiyməti: 5 manat.


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 10-da, saat 12:00, 14:00 və16:00-da uşaq ədəbiyyatımızın görkəmli nümayəndəsi Xanımana Əlibəylinin sevilən mənzum əsərlərindən biri olan "Dovşanın ad günü" nağıl-poeması oynanılacaq.


Tamaşanın quruluşçu rejissoru Səidə Haqverdiyevadır.


Biletlərin qiyməti: 5 manat.


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 10-da, saat 18:00-da rus folklorundan "Durna balığının əmri ilə" adlı nağılın motivləri əsasında "Durna balığı" tamaşası oynanılacaq.


Biletlərin qiyməti: 5 manat.


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 11-də, saat 12:00, 14:00 və 16:00-da Korney Çukovskinin məşhur "Aybolit" şeiri əsasında eyniadlı "Aybolit" tamaşası oynanılacaq.


Biletlərin qiyməti: 5 manat.


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 11-də, saat 18:00-da Samuil Marşakın "Pişiyin evi" tamaşası oynanılacaq.


Biletlərin qiyməti: 5 manat.


Heydər Əliyev Sarayında:


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 9-u, 10-u və 11-də, saat 20:00-da türk pop musiqisinin məşhur ifaçısı Rafet El Romanın konserti olacaq.


Biletlərin qiyməti: 45-195 manat.


Beynəlxalq Muğam Mərkəzində:


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 5-i, saat 19:00-da, Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş layihə çərçivəsində "Muğamat axşamı" adlı konsert təqdim olunacaq.


Biletlərin qiyməti: 10-20 manat.


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 8-də, saat 19:00-da gənc pianoçu, Prezident təqaüdçüsü, Beynəlxalq müsabiqələr laureatı, Cəmil Sədizadənin "Renessans" adlı fortepiano musiqisindən ibarət konserti.


Biletlərin qiyməti: 10-30 manat.


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 9-da saat 19:00-da tanınmış klarnet ifaçısı , Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Hakim Abdullayevin 65 illik yubileyinə həsr olunmuş konsert proqramı.


Biletlərin qiyməti: 10-25 manat.


Azərbaycan Dövlət Akademik Filarmoniyasında:


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 7-da saat 19:00-da Motsart nadir klassik musiqi axşamı olacaq.


Biletlərin qiyməti: 5-35 manat.


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 7-də saat 19:00-da Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti.


Biletlərin qiyməti: 4-20 manat.


Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Yanvarın 10-da, saat 19:00-da xanəndə Malik Həsənovun "Sədai Musiqi Xoşdur" adlı solo konserti.


Biletlərin qiyməti: 10-50 manat.