Eysap Moskvada rep deyəcək

Eysap Moskvada rep deyəcək
Məşhur müğənni Rihannanın reper nişanlısı Eysap Roki (Rakim Mayers) Moskvada konsert verəcək.

Bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, amerikalı reperlə konsert təşkilatçıları arasında üzbəüz danışıqlar Dubayda baş tutub və Eysap ilkin olaraq 8 milyon dollarlıq (təxminən 14 milyon manata yaxın) qonorar qarşılığında çıxış etməyə razılıq verib.


Bu məbləğ reperin Avropadakı standart 5 milyon dollarlıq qonorarı ilə müqayisədə daha yüksək olsa da, onun maksimal qazancları arasında deyil. Məsələn, o, Qətərdəki çıxışı üçün 11 milyon dollar almışdı.


Eysap görüş əsnasında Rusiyadakı siyasi durum və imic riskləri barədə qarşı tərəfə müxtəlif suallar ünvanladığı da sızan məlumatlar arasında yer alıb.


Tədbirin 2026-cı ilin yayında Moskvadakı “Lujniki” stadionunda keçirilməsi planlaşdırılır.