İllər sonra barışdılar - FOTO
Xalq artisti Brilliant Dadaşova və müğənni Samir Bağırov illər sonra bir araya gəliblər.
İfaçılar məclislərdən birində səhnə bölüşüblər.
Samir birlikdə olan fotolarını yayımlayaraq yazıb: "Səhnədə iki səs birləşəndə, ürəklər də birləşir. Bu an mənim üçün sadəcə duet deyil, illərlə formalaşan hörmətin, dostluğun və sənət sevgisinin təzahürüdür".
Xatırladaq ki, B.Dadaşova və S.Bağırov illər əvvəl "Geri vermə" adlı mahnını duet şəklində səsləndirib.
