Gecə saat 2:20-də dayanan saat satılıb
“Titanik” gəmisinin sərnişini, "Macy’s" ticarət şəbəkəsinin şərik sahiblərindən biri olan İsidora Ştrausa məxsus qızıl cib saatı hərracda 2,33 milyon dollara satılıb.
Bu, həmin tip saatlar üçün yeni rekord hesab olunur.
Xatırladaq ki, İsidora Ştraus 1912-ci ildə həyat yoldaşı İda ilə birlikdə “Titanik”də birinci sinifdə səyahət edirdi. Faciə gecəsi cütlük xilas qayığına minməkdən imtina edib və gəminin göyərtəsində qalıblar.
Məhz bu həyat hekayəsi rejissor Ceyms Kemeronu “Titanik” filmində yaşlı cütlüyün otaqda bir-birinə sarılıb suyun içində qalması səhnəsini lentə almağa ilhamlandırıb. Saat 1912-ci il aprelin 15-də, gecə saat 2:20-də dayanıb.
