"Nadir məni oxumağa qoymadı..."

"Nadir məni oxumağa qoymadı..."
Müğənni Günay İbrahimli həmkarı Nadir Qafarzadə ilə yaşadığı mübahisədən danışıb.

İfaçı bunu televerilişin birində etiraf edib.


O bildirib ki, Qafarzadə məclislərdən birində məni oxumağa qoymayıb.


Sənətçi ona ünvanlanan "Məclisdə səni saxlatdıran olub" sualına belə cavab verib: "Bu yaxınlarda olub. Qəsdən edib: Nadir Qafarzadə..Mənim vaxtım idi, amma başqa müğənniyə yer verdi. Aparıcı müğənni Nadir idi. Məni heç təqdim də etmədi. Ev sahibinə bunu bildirdim. Aramızda heç vaxt problem olmayıb. Hər zaman münasibətimiz yaxşı olub. Ondan incidim və bunu zəng edib özünə də dedim".