Aktyor 88 yaşında təqaüdə çıxmır
Bu il 88 yaşı tamam olan əfsanəvi aktyor Morqan Friman "The Guardian" qəzetinə verdiyi müsahibədə həyat, yaş və formada qalmasına kömək edən əsas hobbisi - qolf haqqında fikirlərini bölüşüb.
Aktyor onu oynamağa motivasiya edən qocalma və ya sağlamlıq yox, idmana olan ehtirasın olduğunu deyib.
Qolf meydançasında yaşayan və özünü yumorla "olduqca yaxşı həvəskar" adlandıran Friman qeyd edib ki, 90 yaşında belə oynamağa ümid edir. O, qolfu yaşlı insanlar üçün ideal idman növü hesab etdiyini bildirib: "Gəzirsən, əyilirsən, yellənirsən - bu, böyüklər üçün xəyali idman növüdür. Hər şeydən mütləq daha yaxşıdır".
Yaşına baxmayaraq, Friman işləməyə davam edir və təqaüdə çıxmaq planı yoxdur. Onun sözlərinə görə, uzunömürlülük formulu sadədir: "Yaşlanmamağın sirri hərəkət etməyə davam etməkdir. Müntəzəm olaraq idman edir, vitamin içirəm. Qocalığın hyatıma girməsinə imkan vermirəm".