Xumarın “Əfəndim”i - VİDEO
Estradanın incisi Xumar Qədimova yeni layihəsini sevənləri ilə bölüşüb.
Əməkdar artist bu dəfə də fərqlilik iddiasını qoruyaraq “Əfəndim” adlı yeni mahnısını təqdim edib.
Mahnını özünəməxsus tərzdə oxuyan Qədimova onun üçün kamera qarşısına keçib və klip çəkdirib. Müğənni mahnının musiqisini özü bəstələyib. "Əfəndim"in sözləri Afət Alisə, aranjiman Rövşən Muhammed, tərtibat Taha Olquna məxsusdur.
Çəkilişləri 48 saat davam edən klipin rejissor işi Bəxdi Babaya həvalə edilib.
Xumar Qədimova yenə böyük komanda ilə birlikdə çalışaraq həm musiqisi, həm vizual həlli ilə yadda qalacaq bir iş ortaya qoyub.