Sevilən müğənni Bakıya gəlir
Dünyaca məşhur və sevilən müğənni Nikol Şörzinger Bakıya gələcək.
Sənətçi “Dreamfest” festivalı çərçivəsində Devid Foster və dostları ilə səhnəyə çıxacaq.
Xatırladaq ki, müğənninin çıxışı iyulun 27-nə planlaşdırılıb.