Oksananın qalib sevinci - FOTO

Oksananın qalib sevinci - FOTO
Xəbər verdiyimiz kimi, bir ay əvvəl Qazaxıstanda 3-cü "Bikenfest" Beynəlxalq Teatr Festivalı keçirilib.

Tədbirdə Qazaxıstan, Özbəkistan, Gürcüstan, Qırğızıstan kimi ölkələrin Akademik Dram Dövlət teatrları ilə yanaşı, Azərbaycandan təsisçisi Xalq Artisti Vidadi Həsənov olan müstəqil "M.Teatr" da iştirak etmişdi.


Festival çərçivəsində "M.Teatr"ın Stefan Sveyqin "Yad qadının məktubu" tamaşası göstərilib. Yarışmada Azərbaycanın tanınmış teatr və kino aktrisası Oksana Rəsulova "Ən yaxşı qadın rolu" nominasiyasının qalibi olmuşdu. Bu uğur festivalda Azərbaycan teatr sənətinin yüksək səviyyəsini bir daha göstərib.