Əməkdar artist filmlərə dəvət olunmur
"Niyə tarixi filimlərdə demək olar ki,ancaq eyni simalardan istifafə olunur? Niyə? Niyə dəvət olunmuram?"
Bu sözləri Əməkdar artist Hüsniyyə Mürvətova bildirib.
Aktrisa tarixi filmlərə dəvət olunmamasından şikayətlənib: "Görüm milli simam, istedadım, daxili gücüm, səsim, gözümdə ifadə yoxdur, sacım qısadır? Necə olur ki, başqa ölkədən məni məhz milli simama görə dəvət edirlər, amma öz ölkəmdə yox... Niyə bir dəfə də olsun bu filimlərin kastinqinə belə dəvət olunmuram? Söhbət tarixi filmlərdən gedir. Bilirsiniz adamı küsdürürsünüz. Vətənimə, torpağıma, dövlətimə bağlı sənətkaram. Küsdürməyin... İllərimiz gedir. Hər dəfə film çəkiləndə düşünürəm, eybi yox gələn filimdə dəvət olunaram. Amma gözləyə-gözləyə illər geçir. Bu fikirlərimi ərkyana "uman yerdən küsərlər" misalı kimi qəbul edin".