Rəqqasə Oksana Şahrux Xana: “Səni sevirəm”
Bir müddətdir Hindistanda olan rəqqasə Oksana Rəsulova orada toy mərasiminə qatılıb.
Bir müddətdir Hindistanda olan rəqqasə Oksana Rəsulova orada toy mərasiminə qatılıb. Axşam.az-ın məlumatına görə, sənətçi pərəstişkarı olduğu Bollivud ulduzu Şahrux Xanla bir araya gəlib. Birlikdə çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşan O.Rəsulova “Mənim canım, Şahrux Xan, səni sevirəm” şərhini yazıb.
Müğənni Elvin Abdullayev “İçimdən ah çəkirəm” adlı yeni mahnısını təqdim edib. Bəstənin sözləri Telli Orucqızına, musiqisi isə ifaçının özünə aiddir.
Müğənni Emma Ələkbərzadə həyat yoldaşı Emil Çingizlə gecə gəzintisinə çıxıb. İfaçı fotolarını sosial şəbəkədə paylaşıb.
Bir müddətdir sənətinə ara verən E.Ələkbərzadə tezliklə yeni mahnılarla qayıdacağını bildirib:“Yeni mahnım var. Anam dünyasını dəyişdi, yaradıcılıqdan uzaqlaşdım. Sonra da efirlərə çıxmaq istəyirdim ki, xəstələndim. Qrip olmuşam, sağalan kimi verilişlərdə görünəcəm”.
Müğənni Vasif Məhərrəmli qızı Əfşanla birlikdə istirahətə yollanıb. İspaniyada dincələn sənətçi fotolarını sosial şəbəkədə paylaşıb.
Əhəd Miriyev
MuzTv.az