“Əl-ayağa dolaşmaqdansa..."

“Qızımın burada nə işi var? Gedib otursun öz evində”.
Bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qızı Xədicə haqqında danışarkən deyib.
Müğənni “Qızınız sizin evinizə gəlməyib” sualına belə reaksiya verib: “Əl-ayağa dolaşmaqdansa, oturub öz evində. Kömək lazım olanda bacılarım edir. Biz 9 uşağıq: 6 bacı, 3 qardaşıq”.
Xatırladaq ki, sənətçinin qızı Xədicə ötən ilin iyununda ailə qurub.