"Mənim səsim ilə pul qazanırlar..."

"Mənim səsim ilə pul qazanırlar..."
"Mənim səsim trend olur və hamı pul qazanır".

Bu sözləri müğənni Mətanət Əsədova teleproqramın birində deyib. Sənətçi efirdə dediyi sözlərin daha sonra TikTok-da yayılıb, trend olmasından danışıb.


O bildirib ki, insanlar onun səsi ilə pul qazanırlar: "Ona görə də söz vermişəm ki, daha verilişlərdə danışmayacağam".


M.Əsədova şəxsi həyatı ilə bağlı suallara isə ifaçı "Həyatımda biri var. Hər saniyəmi izləyir" cavabını verib.