Nəvəsini üç ildir görmür

Üç ildir baba olan rejissor-aktyor Aqil M.Quliyev hələ də nəvəsini görə bilməyib.
O, bu barədə yutub layihəsində danışıb.
Aqil M.Quliyev bildirib ki, nəvəmin bu il 3 yaşı tamam oldu: "Mən hələ də Moskvaya gedib çıxa bilməmişəm. Tərpənmək istəyirdim, bu hadisələr baş verdi. Hər şey yaxşıdır. Özümü 53 yaşlı insan və baba kimi hiss etmirəm. Bəlkə də, peşə mövzusuna çox dərin girmişəm. Bu işə çox vaxt ayırıram".