Faiq xanım ifaçıları tənqid edib

Faiq xanım ifaçıları tənqid edib
"Qadın ifaçılar "satılıq mal" kimi özlərini səhnəyə çıxardırlar. Almanın üstünə parafin vururlar ki, parıldasın. Siləndə görürsən ki, dadlı deyil".

Bu sözləri Xalq artisti Faiq Ağayev televerilişin birində deyib.


F.Ağayev xanım ifaçıları tənqid edib: "Üstəgəl Qafqazda, Azərbaycanda qadın özünü o vəziyyətə salmamalıdır. Elə insanların qarşısını kəsərdim. Bədənin var, qoy sevgilin, həyat yoldaşın onu görsün. Amma efirə belə geyinmə. Gedib əməliyyat edib həkimlərə pul qazandırmısan. Həkim də kimdən qazanmalıdır?"