Xalq artistindən möhtəşəm rəqs

Xalq artistindən möhtəşəm rəqs
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar yeni yayımladıqları video ilə marağa səbəb olublar.

Xalq artisti Şəfiqə Axundovanın 100 illik yubiley gecəsinə qatılıan bacılar həmin gecədən  "Çingiz Mustafayev adına Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı Şəfiqə Axundovanın 100 illik tədbirindən sonra onun ailə üzvləri ilə birlikdə yaşanan xoş anlar" notu ilə video yayımlayıblar.


Görüntüdə pozitivliyi ilə hər zaman seçilən Gülyaz Məmmədovanın rəqsi əks olunub.