Məşhur müğənni səhnədə yıxılıb

Məşhur amerikalı müğənni Madonna səhnədə yıxılıb. 65 yaşlı ifaçının çətin anları kameralara tuş gəlib.
Madonna səhnədə rəqqaslarla şou göstərib. Rəqs nömrəsi zamanı rəqqaslardan biri onu ehtiaysızlıqdan sürükləyib. Bu zaman müğənni yerə yıxılıb.
Lakin dünya ulduzu özünü itirmədən "Open your heart" adlı mahnısını oxumağa davam edib və baş verən hadisəni gülüşlə qarşılayıb.