Ancelina Coli keçmiş əri ilə daim mübarizə aparıb
Kristen Stüart geyimi ilə gündəmə gəldi - foto
Aktyor sevgilisindən ayrıldı
"Qorxaqlar aşiq ola bilməz..."

Facebook instagram Twitter Youtube
ULDUZ

Emre Aydın və Leyla Ramazanlı bir səhnədə...

19-11-2012


    “Türkiyəli ifaçı Emre Aydın və azərbaycanlı müğənni Leyla Ramazanlı “Buta Palace”da konsert verib. Arzu Əsgərova və Ramin İbrahimovun aparıcılığı ilə davam edən konsertdə ilk olaraq tamaşaçıları salamlayan həmyerlimiz olub. Müxtəlif mahnılarını səsləndirən Leyla “Unut” adlı yeni ifasını da qonaqlara təqdim edib. Rəqs qrupu ilə şou göstərən xanım ifaçı təxminən 1 saata yaxın tamaşaçıları əyləndirməyə çalışıb. Çıxışdan sonra öz təəssüratlarını bizimlə bölüşən ifaçı həmkarlarına ismarıc göndərməyi də unutmayıb: “Mən 11 mahnımı rəqs edərək ifa etdim, digər müğənnilərə də arzu edirəm ki, dinamik olsunlar”.
     Fasilə zamanı türkiyəli ulduz sözügedən məkana təşrif buyurub. Gənclərin gurultulu alqışları ilə səhnədə yer alan Emre Aydın ən sevilən mahnılarını səsləndirib. Keçirilən konsertə görə bütün azərbaycanlılara öz təşəkkürünü bildirən sənətçinin çıxışları tamaşaçılarda böyük çoşqu yaradıb.

 

Səbinə Zöhrabqızı
Vüsal Həşimov

 

Muz-Tv.az
 

1754 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti