Aktrisa sevgilisindən ayrıldı
Müğənni ailəsini dağıtmaq istəmir
Aktrisaya 1 lirə təzminat ödənəcək
Müğənninin oğurlanan maşını tapıldı

Facebook instagram Twitter Youtube
ULDUZ

Sevda ana olacaq - video

13-05-2021


"Əlbəttə ki, ailə həyatı çox gözəldir. Maşallah deyim, bu dərəcədə maraqlı, gözəl olacağını təsəvvür edə bilmirdim. Şükür Allaha hər şey yaxşıdır. Dəyişən bir şey var, mən ailə qurmuşam. Çox sevinirəm ki, hər şey çox gözəl gedir. Bütün xanımlara xoşbəxtlik arzu edirəm".

Mtv.az xəbər verir ki, bu sözləri pandemiya dövründə sadə nikahla həkim Zakir Bayramova ərə gedən müğənni Sevda Yahyayeva "MTV Azərbaycan"a açıqlamasında deyib.

Sənətçi ana olmasından da danışıb: "İctimai insan olduğum üçün bunu gizlətmək qeyri-mümkün idi. Çünki mənim həyatım dəyişmişdi. Ona görə də, bizi sevən insanlarla bunu bölüşdük. İzləyiciyə bu, hər zaman maraqlı olub. Heç vaxt arzulamamışam mənim oğlum ya da qızım olsun. Əsas arzulamışam ki, gözəl, xeyirli, sağlam övlad olsun. İnanıram ki, hər şey gözəl olacaq".

<iframe width="560" height="315" src="//ok.ru/videoembed/3455663934059" frameborder="0" allow="autoplay" allowfullscreen></iframe>

16 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti