PREMYERA
Səbinə "Vitebsk 2022"də Azərbaycanı təmsil edəcək
23-05-2022

"Səs Azərbaycan" yarışmasının iştirakçısı olan Səbinə Quluzadə Belarusiyada "Slavyan bazarı" çərçivəsində keçiriləcək "Vitebsk 2022" müsabiqəsində Azərbaycanı təmsil edəcək. Mtv.az xəbər verir ki, bu barədə ifaçı özü məlumat yayıb. O bildirib ki, yaxın günlərdə təşkilatçılar tərəfindən rəsmi dəvət alacaq. Səbinə əlavə edib ki, iyulun 12-də o, artıq Minskdə olmalıdır. "Vitebsk 2022" XXXI Beynəlxalq incəsənət festivalı "Vitebskdə Slavyan bazarı" çərçivəsində iyulun 13-dən 18-dək keçiriləcək. Xatırladaq ki, Səbinə bundan əvvəl 2016-cı ildə keçirilən "Зима" müsabiqəsində yer alıb.
30 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 İyul
30 İyun