PREMYERA
"Avroviziya 2022"də finala bu ölkələr çıxdı - ADLAR
11-05-2022

İtaliyanın Turin şəhərində yerləşən “Pala Alpitur” arenasında “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. Mtv.az xəbər verir ki, yarışmada Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistandan olan təmsilçilər finala keçmək uğrunda mübarizə aparıblar. Finala isə 10 ölkə - İsveçrə, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, Ermənistan vəsiqə qazanıb. Xatırladaq ki, Azərbaycan təmsilçisi Nadir Rüstəmli mayın 12-də ikinci yarımfinalda çıxış edəcək. Müsabiqənin finalı isə mayın 14-də olacaq.

33 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May
25 May