Madonna 35 yaş kiçik sevgilisindən ayrılıb
Hollivud ulduzuna psixi pozuntu diaqnozu qoyulub
Müğənni mebel şirkətinin siması olub
Supermodel 78 yaşında poz verdi - foto

Facebook instagram Twitter Youtube
PREMYERA

Əməkdar artist xanım müğənnini tənqid edib

12-05-2022


Əməkdar artist Cavanşir Məmmədov müğənni Günay İbrahimlininin "Ana Kürüm" mahnısını ifa etməsini tənqid edib. Mtv.az xəbər verir ki, bu barədə o, “Tarixin bir günü” verilişində danışıb. O bildirib ki, mahnının Aşıq Pənah Pənahov tərəfindən yazılmasına baxmayaraq, bəstə ingilis stilində oxunub: "Ana Kürüm"ü oxuyublar, Aşıq Pənahdan orada nə bir saz səsi var, nə də başqa bir şey. Bir dənə mahnının sözləridir. Bunu ingilis mahnısı ediblər. Günay İbrahimli oxuyub. Mahnının əvvəlində balaban var. Aşıq Pənah balaban ifaçısı olmayıb. Qızı, oğlu zəng etmişdi ki, atamın mahnısını niyə bu günə qoyublar? Orada bir saz səsi gəlsə, nə olardı? Bu, bizim folklorumuzdur. Əgər aranjimançı ingilis stilində aranjiman edirsə, bir dənə başqa “Ana Kürüm” yazsın. Oradan saz səsi gəlməlidir. Bir həmkarımız vardı, onu müdafiə etdi, bu mahnıya xeyir-dua verdi. Orada xeyir vermək olar, amma dua yox. Çünki Aşıq Pənahın ruhu inciyər".



21 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti