Madonna 35 yaş kiçik sevgilisindən ayrılıb
Hollivud ulduzuna psixi pozuntu diaqnozu qoyulub
Müğənni mebel şirkətinin siması olub
Supermodel 78 yaşında poz verdi - foto

Facebook instagram Twitter Youtube
PAPARAZZİ

Cennifer ikinci dəfə aldığı evlilik təklifindən danışıb

12-05-2022


Müğənni Cennifer Lopez sevgilisi Ben Afflekdən ikinci dəfə necə evlilik təklifi almasından danışıb. Mtv.az xəbər verir ki, Cey Lo bildirib ki, təklifi alarkən köpük vannası qəbul edirmiş: “Şənbə gecəsi ən çox sevdiyim yerdə - köpük vannasında idim. Sonra sevgilim içəri girdi, diz çökdü və mənə evlilik təklif etdi. Bunu gözləmirdim, 20 ildən sonra bunun yenidən baş verdiyini anlamağa çalışaraq onun gözlərinə baxdım. Gülümsədim, eyni zamanda ağladım, susdum və o soruşdu: "Bu, "hə" deməkdir?". "Hə, əlbəttə ki, hə!” deyə, ona cavab verdim. Burada xüsusi heç nə yox idi, amma təsəvvür edə biləcəyim qədər ən romantik an idi: evdə, sakit şənbə gecəsi, iki nəfər hər zaman bir-birinin yanında olacağını vəd edir. Əsl sevgi üçün ikinci şansı olan iki xoşbəxt insan". O, həmçinin qeyd edib ki, yaşıl həmişə onun şanslı rəngi olub və belə də olacaq. Xatırladaq ki, ifaçının 8,5 karatlıq yaşıl brilyantlı nişan üzüyü 10 milyon dollar (17 milyon manat) dəyərində qiymətləndirilir. Onu da qeyd edək ki, Cenniferlə Ben 2002-ci ildə görüşməyə başlamış və 2 illik münasibətdən sonra ayrılmışdılar. Onlar 17 illik ayrılıqdan sonra ötən il yenidən bir araya gəliblər.

19 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti