PAPARAZZİ
Elnarə uşaqlarını TikTok-a girməyə qoymur
14-04-2022

Müğənni Elnarə Xəlilova övladlarına sosial şəbəkədən istifadəyə qadağa qoyub. Mtv.az xəbər verir ki, sənətçi bu haqda MTV-yə açıqlamasında deyib. O bildirib ki, uşaqlarını TikTok-a girməyə qoymur: "Məcbur hərəsinə bir telefon verdik ki, onlayn dərslərə girsinlər. İndi də çətindir onları telefondan ayrımaq. Edə biləcəyim ancaq qadağalar qoymaqdır: TikTok-a girməyin, instaqramda heç kimə yazmayın. Anlayıram ki, bu da bəlli vaxta qədərdir. Bəlli yaş həddinə çatandan sonra azad olacaqlar. Bu mühitdə özlərini də tapacaqlar. Məndən yox, atalarından çəkinirlər. Atalarının səsi gələndə tir-yir əsirlər".
35 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyul
4 İyul