PAPARAZZİ
Reper yalan xəbər yayan şəxsə vəzifə verib
11-04-2022

Adını "Ye" olaraq dəyişdirən dünyaca məşhur milyarder reper Kanye Uest Böyük Britaniya kraliçası II Elizabetin ölümü ilə bağlı yalan xəbər yayan şəxsə vəzifə verib. Mtv.az xəbər verir ki, "Hollywood unlocked" adlı bloqun qurucu CEO-su Ceyson Li sözügedən məlumatın ardından təqidlərə məruz qalsa da məşhurlaşmağa nail olub. Bundan başqa reperin onu PR departamentinin rəhbər təyin etdiyi ortaya çıxıb. Bildirilib ki, "Ye" son zamanlar şəxsi həyatında yaşadığı problemlər səbəbindən azalan nüfuzunu məhz Li vasitəsi ilə bərpa edəcəyinə inanır. Xatırladaq ki, Li fevralın 22-də bloqunda kraliçanın öldüyünü açıqlayıb. İnformasiyanın yalan olduğu ortaya çıxandan sonra isə o, üzr istəyib.
44 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyul
4 İyul