Müğənni qonşusunun itinə hücum edib
Madonna oğlu ilə boks matçında - foto
Murad Boz aktrisa ilə tərəf müqabili olacaq
Supermodel milyarder ilə sevgilidir - foto

Facebook instagram Twitter Youtube
PAPARAZZİ

Xalq artisti Rusiyanı tərk edərək Amerikaya gedib

05-04-2022


Rusiyanın Xalq artisti Valeri Leontyev Rusiyanı tərk edərək Amerikaya gedib. Mtv.az xəbər verir ki, bu barədə sənətçinin yaxın dostu məlumat yayıb. «Комсомольская правда» onun sözlərinə istinadən bildirb ki, müğənninin Mayamidə daşınmaz əmlakı var. Leontyevin Rusiyanı hansı səbəbdən tərk etdiyi hələlik məlum deyil. Lakin onun instaqram hesabındakı son paylaşımı fevralın 20-də olub. Bu səbəbdən onun da bir çox həmkarı kimi Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlarla əlaqəli olduğu bildirilib. Nəşrin məlumatına görə, Leontyevin Mayamidə 3,5 milyon dollar dəyərində ikimərtəbəli villası var. O, uzun illər əvvəl amerikalı müğənni Uitni Hyustonun yaşadığı elit ərazidə daşınmaz əmlak alıb. Bundan əvvəl onun həyat yoldaşı Lyudmila İsakoviç daimi yaşamaq üçün Amerikaya köçüb. O, malikanənin ərazisində itlər üçün hotel də açıb. Xatırladaq ki, bundan əvvəl bir neçə teleqram kanalı Alla Puqaçova, Maksim Qalkin, Renata Litvinovanın Rusiyanı tərk etdiyi barədə məlumat yayıb. Həmçinin rejissor Kantemir Balaqov da Rusiyanı tərk etdiyini bildirib.

44 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyul
















4 İyul