PAPARAZZİ
Samir həmkarı Elnura barışıq əli uzadıb
30-03-2022

Müğənni Samir Cavadzadə həmkarı Elnur Hüseynova barışıq əli uzadıb. Mtv.az xəbər verir ki, o, duet ortağı Elnurla fotolarını yayımlayaraq onunla küsülü olmadıqlarını göstərməyə çalışıb. Xatırladaq ki, Samir və Elnur 2008-ci ildə "Eurovision" yarışmasında "Day after day" mahnısı ilə Azərbaycanı təmsil etmişdi. İfaçılar həmin yarışmadan sonra bir araya gəlməyib. 2018-ci ildə tədbirlərin birində Axşam.az obyektivi qarşısına birlikdə keçən sənətçilər duet oxuyacaqlarını desələr də, hələ planları baş tutmayıb. Onlar daha sonra yenidən danışmadıqları xəbəri ilə gündəmə gəlmişdilər.

47 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyul
4 İyul