Müğənni qonşusunun itinə hücum edib
Madonna oğlu ilə boks matçında - foto
Murad Boz aktrisa ilə tərəf müqabili olacaq
Supermodel milyarder ilə sevgilidir - foto

Facebook instagram Twitter Youtube
PAPARAZZİ

Brilliant şou-biznesdə baş verənləri tənqid edib

22-03-2022


Xalq artisti Brilliant Dadaşova yenə sosial şəbəkədə yazdığı sözlərlə gündəmə gəlib. Mtv.az xəbər verir ki, müğənni şeir formasında mətnlər yazaraq şou-biznesdə baş verənləri tənqid edib. Dadaşova ad çəkmədən sifarişlə onun fikirlərinin montajla kəsilməsindən danışıb: "Böyükləri diqqətlə izləyərdim, səhvlərini dərd edib, qəlbimdə gizlədərdim. Köksümdə çox arzular bəsləyərdim. Kiçikdim, amma gəlinlik geyinmək istəyirdim. Çox vaxt gözümü yuman kimi elə bilirdim Xəzər dənizi hər dəqiqə gözləyir bizi. Xəyyallarımda hey üzürdüm mavi sularda. Yay fəsli bitəndə bağdan köməmək üçün qışı qovub qalmaq istəyirdim. O günlər harada, indi mən harada... İndi yürüyürəm soyuqda, qarda. Ən ümdə, dəyərli, ruhun qidası musiqi də indi qara bazarda. Bir zamanlar tütəkli çobanın o xoş sədası səs salıb dağda, gəzərdi sorağı yaşıl yaylaqda. Ağah edərdi bizi söhbətdən sazdan, həzz alardıq gözəl avazdan. İndi o da dəm vurur estrada, cazdan. Guya düzgün boğazdan istifadə etməyi öyrədir. Nənəm deyərdi, abırsızdan, abrını qoru. Montajçıya onun sponsoru hörmət edər, sənin fikirlərin kəsib, doğranar. Üstəlik utanmadan fikrini oğurlayarlar. Ürək yanğısıyla dediyin sözləri kəsib aləmə səni məntiqsiz göstərirlər. Hardan bilirdi görəsən nənəm başıma gələnləri? İndi düşünürəm nənmi haradan tapım, soruşum başıma daha nələr gələcək".

49 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyul
















4 İyul