PAPARAZZİ
Məşhur müğənni həbs oluna bilər
14-03-2022

Reynmen kimi tanınan məşhur müğənni Yusuf Aktaş aparıcı Bircan Balini hədələmək və təhqir etmək ittihamları ilə həbs oluna bilər. Mtv.az xəbər verir ki, İstanbul 48-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə tərəflərin vəkilləri iştirak edib. Məhkəmə iddiaları dinlədikdən sonra qərar üçün növbəti tarix müəyyən olunub. İlkin məlumata görə, Reynmen 3 ay 15 gündən 2 il 10 ay müddətinə qədər həbs oluna bilər. Xatırladaq ki, daha əvvəl aparıcı Ece Erken də Reynmeni məhkəməyə vermişdi. Ece aparıcısı olduğu verilişdə Aktaş haqqında xoşagəlməz ifadələr işlətmişdi. Bundan sonra Reynmen sosial media hesabında Erken haqqında "Ucuz" yazısı yazaraq paylaşım etmişdi.
54 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyul
4 İyul