Elnarə bu barədə danışmağa qadağa qoyub

"Məni görən qızları, qızları görən məni xatırlayır. Bu da normaldır". Mtv.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova deyib. Suallarını cavablandıran sənətçi həmkarı Natavan Həbibi ilə bağlı açıqlama verib. Elnarə bildirib ki, "W-trio" haqqında danışmağa özünə qadağa qoyub: "Məndən nəsə soruşdular, danışdım. Bu da qızlardan birinin xoşuna gəlmədi. Natavan yazdıı ki, "Bircə sənin yadından çıxsaydıq...". Yenə adını çəkdim. Səndən üzr istəyirəm, Natavan. Heç birisinin arxasınca pis söz danışmamışam, danışmaram da. Özümə söz vermişdim, amma üstündə dura bilmədim. Mehribançılıq olmaması üçün bir səbəbim yoxdur. Hamının hər şeyi var: evi, övladı, gözəl həyatı. Narazıçılıq etməyə səbəb nədir?". Xatırladaq ki, ifaçılar arasındakı qalmaqala səbəb ifaçının Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibi ilə bağlı dediyi "Həyat tərzlərimiz fərqlidir. Ona görə də uzaqlaşdım" sözləri olub.

Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
