PAPARAZZİ
Hollivud ulduzu yeni eşqə düşüb
14-02-2022

Hollivud ulduzu Bred Pitt yeni eşqə düşüb.
Mtv.az xəbər verir ki, 58 yaşlı aktyorun 35 yaşlı isveçli müğənni Lykke Li ilə münasibətdə olduğu iddia edilib. Cütlüyün yaşadığı evlərin bir-birinə yaxın seçilməsi şayiələri daha da gücləndirib.
"İnsayder"in məlumatına görə, ikili münasibətlərini gizli saxlayır. "The Sun" nəşri isə ulduzlar arasındakı münasibətin 2021-ci ilin ortalarından başladığını yazır.
Xatırladaq ki, Bred Pitt aktrisa Ancelina Coli, Lykke Li isə musiqiçi Jeff Basker ilə ciddi münasibət yaşayıb. Onların bu birlikdəliklərindən övladları var.
Bred Pitin bundan əvvəl amerikalı məşhur müğənni-aktrisa Andra Deylə münasibətdə olduğu bildirilirdi.
59 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyul
4 İyul