Müğənni qonşusunun itinə hücum edib
Madonna oğlu ilə boks matçında - foto
Murad Boz aktrisa ilə tərəf müqabili olacaq
Supermodel milyarder ilə sevgilidir - foto

Facebook instagram Twitter Youtube
PAPARAZZİ

Dima Bilan sevgilisinin adını gizli saxlayır

17-01-2022


Rusiyalı müğənni Dima Bilan müzakirələrə səbəb olan spirtli içki asılılığından danışıb.

Mtv.az xəbər verir ki, ifaçı spirtli içki ilə bağlı yaşadığı problemləri aparıcı Kseniya Sobçaka müsahibəsində dilə gətirib.

"Bəli, içirəm. Amma üzüm deyir ki, o qədər də çox içməmişəm. Təəssüf ki, belə bir problemim var - içəndə dayana bilmirəm. Bunu bilirəm, onun üzərində işləyirəm, mübarizə aparıram, güclüyəm, inanıram ki, qalib gələcəyəm.

Bu asılılıq təxminən dörd il bundan əvvəl başlayıb. Amma tez-tez içmirəm, iki ayda bir dəfə. Sərxoş olmağım sevincdəndir".

Yeni eşq yaşayan Dima Bilan sevgilisinin adını gizli saxlayır.

Xatırladaq ki, sarı mətbuatda ifaçının pərəstişkarlarından biri ilə münasibətdə olduğu iddia olunub. Lakin, Bilan daha əvvəl İrina Şıxmana verdiyi müsahibədə biri ilə münasibətdə olduğunu və valideyn olmağa hazırlaşdıqlarını söyləyib. Onun sevgilisi əkizlərə hamilə qalsa da, üçüncü ayda uşaqları itiriblər. Yenidən cəhd etsələr də, ikinci hamiləlik də uğursuz olub. Və onlar bir müddət sonra ayrılıb. Dima həmin xanımın adını da açıqlamamışdı.

76 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyul
















4 İyul