"Murda" ləqəbli repçi həbs olunub
"Rəcəb İvedik 7" filmi çəkilir
Müğənni yol hərəkəti qaydalarını pozub
Reper öldürən şəxs həbs olunub - foto

Facebook instagram Twitter Youtube
PAPARAZZİ

Tatlısəs sənət dostlarının tənqidindən kədərlənib

06-01-2022


“Altın Kelebek” mükafatlandırma mərasimində “Yaşam boyu onur ödülü” mükafatına layiq görülən müğənni İbrahim Tatlısəs haqqında danışılan iddialara cavab verib. Mtv.az xəbər verir ki, ifaçı uğurlarının buraxdığı səhvlərin kölgəsində qalmasına və sənət dostları tərəfindən tənqid edilməsinə kədərləndiyini açıqlayıb. O, adının qadına qarşı şiddətdə hallanmasına belə reaksiya verib: "Bəli, bu səhvləri buraxmışam. 30 il əvvəl. Bundan sonra çıxıb üzr istədim və bir daha belə bir hadisə yaşanmadı. Uğurlarımın heçə sayılması məni kədərləndirdi". Tatlısəsin tənqid edənlər arasında yer alan aktyor Kerem Bürsindən incidiyi və onunla küsülü olduğu ortaya çıxıb. Xatırladaq ki, həyat yoldaşları Derya Tuna, Perihan Savaş, rəqqasə Asena və müğənni Yıldız Tilbe kimi bir çox qadına şiddət göstərən Tatlısəs bir müddət əvvəl məşhurlar tərəfindən tənqidlərə tuş gəlib.

75 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 May
















16 May