"Murda" ləqəbli repçi həbs olunub
"Rəcəb İvedik 7" filmi çəkilir
Müğənni yol hərəkəti qaydalarını pozub
Reper öldürən şəxs həbs olunub - foto

Facebook instagram Twitter Youtube
PAPARAZZİ

Hollivudda yaşlı aktyorlara amansız davranılır

05-01-2022


Aktrisa Nikol Kidman Hollivudda yaşlı aktyorlara amansız davranıldığını iddia edib. Mtv.az xəbər verir ki, 54 yaşlı aktrisa sonuncu rol aldığı komediya janrında çəkilən layihədə canlandırdığı obraza görə tənqidlərlə üzləşib. Hollivud ulduzu sənayedə yaşlı qadınlara göstərilən münasibətə görə dəfələrlə karyerasını bitirməyi düşündüyünü açıqlayıb. Bu barədə "Daily Mail" qəzetinə danışan Kidman bu münasibəti haqlı hesab etmədiyini dilə gətirib: "Mənə canlandırdığım Lucille Ball obrazına görə yaşlı olduğumu iddia etdilər. Ümumiyyətlə Hollivudda yaşı 50-ni keçən aktyorlara amansız davranırlar. Ünvanıma "işin bitdi" kimi şərhlər gəlirdi. İllərdir kino sənayesindəyəm. Və bu münasibətə görə dəfələrlə karyeramı bitirməyi düşünsəm də, bunu etmədim və öz yolumla getməyi bacardım”.

82 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 May
















16 May