PAPARAZZİ
Türkan Aygünün geyimindən geyindi - foto
29-12-2021

Xalq artisti Aygün Kazımovanın bir müddət əvvəl gündəmə gələn bahalı geyimlərindən birindən bu dəfə müğənni Türkan Vəlizadə istifadə edib. Mtv.az xəbər verir ki, Türkan açıq yaşıl rəngli pencək və ətəklə fotolarını sosial şəbəkədə yayımlayıb. O, kostyumu yerli mağazalardan birindən əldə etdiyini vurğulayıb. Sözügedən dəstin bənzər və bir az tünd rənglisini Kazımova aylar əvvəl qatıldığı məclisdə istifadə edib. Kazımovanın geyindiyi dəst "The Attico" brendindəndir. Ətəyin qiyməti 578 dollar (982 manat), pencək isə 1635 dollardır (2779 manat).


56 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 May
16 May