PAPARAZZİ
Rihanna Barbadosun Milli Qəhrəmanı oldu
24-12-2021

Məşhur müğənni Rihanna Barbados ölkəsinin Milli Qəhrəmanı adına layiq görülüb. Mtv.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mia Mottli respublikanın elan edilməsi münasibəti ilə keçirilən mərasimdə bildirib. Hökumət başçısı çıxışı zamanı “Almaz kimi parlamağa və ölkənin qüruru olmaqda davam et” sözləri ilə onu təltif edib. Xatırladaq ki, 1988-ci ildə Barbadosda anadan olan Rihanna müğənnilik karyerasını davam etdirmək üçün 16 yaşında ABŞ-a köçüb. O, doqquz "Qremmi" mükafatının sahibi və dünyada ən çox satış edən sənətçilərdən biridir. İfaçı 2018-ci ildən Barbadosun ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiridir. Noyabrın 30-da Barbados ada ölkəsi Böyük Britaniya Taxt-Tacının hökmranlığından çıxıb.
81 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 May
16 May