"Murda" ləqəbli repçi həbs olunub
"Rəcəb İvedik 7" filmi çəkilir
Müğənni yol hərəkəti qaydalarını pozub
Reper öldürən şəxs həbs olunub - foto

Facebook instagram Twitter Youtube
PAPARAZZİ

Müğənninin körpəsinin ürəyi dayanıb

21-12-2021


Məşhur müğənni Cessi Cey övladını itirib. Mtv.az xəbər verir ki, hamilə olan müğənni bu barədə İnstaqramda məlumat verib. O, həkimə getdiyini və körpəsinin ürəyinin dayandığını öyrəndiyini bildirib: "Bu gün duyğularımı idarə edə bilmirəm. Tək bildiyim mahnı oxumaq istəyirəm. Kədərdən qaçdığım üçün yox, bu gecə mahnı oxumağın mənə kömək edəcəyini bilirəm. Bəzi insanlar düşünür ki, konsertimi təxirə salmalıyam. Bu həyatda övlad sahibi olmağı çox istəyirdim. Hamilə qalmağım möcüzə idi, unutmayacağım təcrübə oldu. Hələ də şokdayam, kədərliyəm. Ancaq güclü olduğumu və bunun da öhtəsindən gələcəyimi bilirəm. Dünyanın bir çox yerində bu ağrını çəkən qadınlar var. Onlarla aramızda bağ olduğunu bilirəm. Bu dünyanın ən yalnız hissidir". Xatırladaq ki, Cessi övladının atasının kim olduğunu açıqlamayıb. O, ötən ay rəqqas sevgilisi Maks Framdan ayrılıb. Maksdan əvvəl isə Cessi aktyor Çenninq Tatumla münasibətdə olub.

71 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 May
















16 May