Müğənni qonşusunun itinə hücum edib
Madonna oğlu ilə boks matçında - foto
Murad Boz aktrisa ilə tərəf müqabili olacaq
Supermodel milyarder ilə sevgilidir - foto

Facebook instagram Twitter Youtube
PAPARAZZİ

Təyyarəyə minməkdən qorxan məşhurlar

26-10-2021


Təyyarə fobiyasından əziyyət çəkən bir çox məşhurlar var ki, onlar bununla illərdir mübarizə aparırlar. Çünki bir çoxları bir ölkədən digərinə sırf təyyarə ilə uçmaq məcburiyyətində qalırlar. Mtv.az xəbər verir ki, təyyarə qorxusu olan məşhurların adları və onunla mübarizə üsulları açıqlanıb. Hollivud ulduzu Meqan Foks təyyarədə olarkən qorxusu ilə musiqi vasitəsiylə mübarizə aparır. O bildirib ki, təyyarə qorxusu onda Los-Ancelesdə yaşadığı ərəfədə başlayıb. Tez-tez Nyu-Yorka getməli olan aktrisa həfətə iki dəfə təyyarəyə minmək məcburiyyətindı qalıb. Aktrisa bununla musiqiyə qulaq asaraq mübarizə apardığını bildirib. Cennifer Eniston isə bildirir ki, hər dəfə təyyarəyə minəndə həyatının sonu olduğunu düşünür. 2019-cu ilə qədər aktrisa səyahətlərini çox rahat etdiyini deyib. 3 il əvvəl isə təyyarədə uçarkən qorxulu hadisə ilə rastlaşıb və həmin gündən fobiyası yaranıb. Kortni Korsla Meksikaya uçan sənətçi hava gəmisinin qəza vəziyyətinə düşdüyünü qorxu ilə anladıb. Mayli Sayrus da təyyarədə olarkən qəza vəziyyətinin yarandığını və həmin andan qorxusu yarandığını açıqlayıb. Britaniyaya musiqi festivalına uçan müğənni sağ çatacağına inanmadığını deyib. Həmin andan o, təyyarəyə minməkdən qorxur. Sayrus səyahətlərini bacardığı qədər quru yolla etməyə çalışır. Cennifer Lourens təyyarədən qorxan məşhurlardandır. O bildirib ki, təyyarədə olanda panik-atak keçirir. Çox qorxan Lourens özünü idarə edə bilmir. Buna səbəb isə təyyarənin bir dəfə hava boşluğuna düşməsi olub. İndi təyyarədə elə hal olanda Cennifer qışqırmağa başladığını etiraf edib.

105 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyul
















4 İyul