PAPARAZZİ
Demet Akalın daha aparıcı deyil
25-10-2021

Müğənni Demet Akalın aparıcılığını etdiyi "Gelinim mutfak" proqramından ayrılıb. Mtv.az xəbər verir ki, ifaçı verilişdən imtina etdiyini bildirib. Buna səbəb proqramın çəkim müddətinin çox olması olub. Demet çəkilişlərin 2 yox, 3 gün davam etməsinə razı olmadığını açıqlayıb. Hazırda onun yerinə Gülbən Ərgən və Songül Karlı təklif olunub. Xatırladaq ki, "Gelinim mutfak"ın bu günə qədər 4 aparıcısı olub. D.Akalın proqrama mübahisə yaşadığı həmkarı Seda Sayanın aparıcılıqdan ayrılmasından sonra qatılıb. Seda da öz növbəsində Demetin eyni adlı proqramının aparıcısı olub. Veriliş üstündə başlayan mübahisənin ardından D.Akalın həmkarını, daha sonra isə S.Sayan müğənnini İnstaqramdan silib.
96 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyul
4 İyul