Yıldız Tilbe məhkəməyə verilib
Moskva Moda Həftəsi yaradılır
Məşhur model Sofiya Riçi ərə gedir - foto
Madonna malikanəsini satışa çıxarıb - foto

Facebook instagram Twitter Youtube
PAPARAZZİ

Arılar Hollivud ulduzunun bədəninə daraşdı

29-05-2021


Hollivud ulduzu Ancelina Coli arıların tükənməsi probleminə diqqət çəkmək üçün "National Geographic" jurnalının videoçarxında rol alıb. Mtv.az xəbər verir ki, görüntülərdə aktrisanın üzündə və bədənində canlı arıların olması diqqət çəkib. Təşkilatçılar xatırladıblar ki, bu həşəratların yox olması üzündən bəşəriyyət süd məhsullarından, meyvələrdən, tərəvəzlərdən və pambıqdan məhrum ola bilər. Layihə Fransanın "Guerlain" brendi, YUNESKO-nun təşkilatçılığı və aktrisasının dəstəyi ilə reallaşıb. Proqram yalnız arıları qorumaq üçün deyil, həm də qadınlara kömək etmək, onları işlə təmin etmək üçün nəzərdə tutulub. Onların fikrincə arıçılıq yoxsul kənd yerlərinin xilas mənbəyi ola bilər. Xatırladaq ki, Ancelina bu ilin martında "Women for Bees" ("Arılar üçün qadın") proqramının siması seçilib.

108 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 May
















20 May