PAPARAZZİ
Kibariyə borca görə evi satır - foto
26-05-2021

Borcları müğənni Kibariyənin başına bəla olub. Mtv.az xəbər verir ki, sənətçi Bodrum Gündoğandakı villasını satışa çıxarıb. Pandemiya ərəfəsində işsiz qalan müğənni evə 5 milyon lirə (təxminən 1 milyon manat) qiymət qoyub. Kibariyə bununla 3,5 milyon lirə (700 min manat) borcunu ödəməyi düşünür. Bir vaxtlar ərinin borcuna görə şikayət edən Kibariyə "Əlinin qumardan, işlərindən borcu ola bilər. Oynayıb, keçdi, bitdi. Ailədə sağlamlıq, hüzur və xoşbəxtlik hər şeydən önəmlidir" sözlərini demişdi.


118 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 May
20 May