PAPARAZZİ
Elton Con 10 milyon manat yığacaq
07-05-2021

Hər il olduğu kimi, bu il də “Oscar” mükafatlarının təqdimat mərasimindən sonra böyük məclis təşkil ediləcək. Mtv.az xəbər verir ki, sənətçi Elton Con bu il də ənənəsinə sadiq qalacaq. 74 yaşlı ifaçının əvvəlki illərdə Los-Ancelesin lüks restoranlarında verdiyi qonaqlıq bu dəfə rəqəmsal platforma vasitəsilə həyata keçiriləcək. Biletlərin qiyməti isə cəmi 20 dollardır (34 manat). Müğənni Dua Lipanın da səhnə alacağı dəvətdən ümumilikdə 6 milyon 400 min dollar (10 milyon 880 min manat) toplanılacaq. Xatırladaq ki, Elton Con hər il bu qonaqlıqdan əldə etdiyi gəliri “AIDS” xeyriyyə cəmiyyətinə bağışlayır.
109 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May
25 May